» » “Aqrolizinq” sığortaçı seçir

“Aqrolizinq” sığortaçı seçir


Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC balansında olan 15 ədəd nəqliyyat vasitəsinin könüllü sığortalanması (kasko) məqsədi ilə kotirovka sorğusu elan edib.


“Report” xəbər verir ki, kotirovka təklifləri sabah saat 17:00-a qədər Cəmiyyətin Bakı şəhəri, Sabunçu rayonu, Bünyadov qəsəbəsi, Bünyadov küçəsi, 12 ünvanındakı inzibati binasında qəbul olunur.


Xatırladaq ki, "Aqrolizinq" 2004-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 329 627 540 manatdır. 

scroll top