» » Türkiyə baş nazirinin İraqa səfərinin tarixi açıqlanıb

Türkiyə baş nazirinin İraqa səfərinin tarixi açıqlanıb


Türkiyənin baş naziri Binəli Yıldırım cari həftənin sonu İraqa səfər edəcək.


“Report” "Haber7"yə istinadən xəbər verir ki, bu səfərin oktyabrın 15-də gerçəkləşəcəyi gözlənilir.


B.Yıldırım səfər çərçivəsində İraqın baş naziri Heydər əl-İbadi ilə görüşəcək. Hər iki rəsminin İraqın şimalında keçirilən “referendum”dan sonrakı vəziyyəti, Başika bölgəsində Türkiyə hərbçilərinin qalmasının vacibliyini müzakirə edəcəkləri gözlənilir. 

scroll top