» » Azərbaycan nümayəndə heyəti Telekommunikasiyanın İnkişafı üzrə Ümumdünya Konfransında iştirak edir

Azərbaycan nümayəndə heyəti Telekommunikasiyanın İnkişafı üzrə Ümumdünya Konfransında iştirak edir

Azərbaycan nümayəndə heyəti Telekommunikasiyanın İnkişafı üzrə Ümumdünya Konfransında iştirak edir
© Report

Azərbaycan rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti Buenos-Ayres şəhərində keçirilən Telekommunikasiyanın İnkişafı üzrə Ümumdünya Konfransında (WTDC) iştirak edir.


“Report” bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən xəbər verir.


Azərbaycanın Argentinadakı səfiri Rəşad Aslanov və səfirliyin 1-ci katibi Rəşad Səfərov da konfransa qatılıblar.


Konfrans çərçivəsində dünya miqyasında telekommunikasiya sahəsində tənzimləmə mexanizmlərinin, qaydalarının təkmilləşdirilməsini, xüsusən də Davamlı İnkişaf Məqsədlərinin reallaşdırılmasını sürətləndirəcək yeni qərarların qəbul edilməsi gözlənilir.


Azərbaycan da Regional Rabitə Birliyi ilə əməkdaşlıq çərçivəsində hazırlanmış 30 sənədə düzəliş layihələrinin hazırlanmasında iştirak edib və onların iclaslarda məruzə edilməsində fəallıq göstərəcək.


Tədbirdə Telekommunikasiyanın İnkişafı Bürosunun 25 illiyi qeyd ediləcək. 


Məlumat üçün bildirək ki, 1994-cü ildə Telekommunikasiyanın İnkişafı Bürosunun ilk iclası da Argentinada keçirilib.


Konfrans işini oktyabrın 20-dək davam etdirəcək.

scroll top