» » Kataloniya rəhbəri regionun müstəqillik hüququ əldə etdiyini bildirib

Kataloniya rəhbəri regionun müstəqillik hüququ əldə etdiyini bildirib

Kataloniya rəhbəri regionun müstəqillik hüququ əldə etdiyini bildirib

Kataloniya muxtariyyətinin rəhbəri Karles Puçdemon bildirib ki, region respublika şəklində müstəqil dövlət olmaq hüququ əldə edib.


“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu o, yerli parlament qarşısında çıxışı zamanı bildirib.


"Milyonlarla vətəndaşın fikrincə, özünüidarəetməni saxlamağın yeganə yolu ondan ibarətdir ki, Kataloniya müstəqil olmalıdır", - deyə o bildirib.


Bununla belə Puçdemo parlamentariləri müstəqilliyi elan etməyi müvəqqəti olaraq təxirə salmağa və hakimiyyət ilə danışıqlar aparmağa çağırıb. Onun fikrincə, referendumun nəticələri dialoq zamanı nəzərə alınmalıdır.

scroll top