» » Kataloniya rəhbəri Puçdemon müstəqillik bəyannaməsini imzalayıb

Kataloniya rəhbəri Puçdemon müstəqillik bəyannaməsini imzalayıb


Kataloniya generalitetinin rəhbəri Karles Puçdemon referendumun keçirilməsindən sonra regionun müstəqillik bəyannaməsini imzalayıb.


“Report” TASS-a istinadən xəbər verir ki, lakin sənəd indi qüvvəyə minməyəcək.


Kataloniya rəhbərliyi yaxın vaxtlarda Madrid ilə danışıqlar aparmağa hazırlaşır. Puçdemon bildirib ki, danışıqlar bir neçə həftə vaxt apara bilər.


İspaniya hakimiyyəti Puçdemonun bəyanatına hüquqi və siyasi şəkildə cavab verməyə hazırdır.

scroll top