» » İsrail qaz ixracının Türkiyə üzərindən həyata keçiriləcəyinə ümid edir

İsrail qaz ixracının Türkiyə üzərindən həyata keçiriləcəyinə ümid edir


İsrail Türkiyə ilə qaz boru kəmərinin inşası məsələsində anlaşaraq öz məhsulu ilə dünya bazarına çıxmasına ümid edir. ucarliyiq.biz "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu açıqlama ilə İsrailin milli infrastruktur, energetika və su ehtiyatları Nazirliyinin müşaviri Dror Koen çıxış edib.


D.Koen həmçinin qeyd edib ki, İsrailin dəniz sahəsində bu günədək 10 qaz yatağı aşkar edilsə də, onlardan yalnız 3-ü istismar edilir: "Yaxın vaxtlarda qaz yataqlarının işlənməsi üçün tender keçiriləcək. Bu tenderlərə türk şirkətlərinin maraq göstərməsi bizi sevindirir". Koen hazırda İsrailin illik qaz ixrac potensialının 300-350 mln. kubmetr olduğunu bildirib.


Xatırladaq ki, İsrail qazının Türkiyə ərazisindən keçməklə Avropaya çatdırılması ilə bağlı 2016-cı ildə baş nazir Benyamin Netanyahu da açıqlama verib. O zaman baş nazir İsrail qazının Azərbaycandan Avropaya çəkilən qaz xəttinə qoşulmasının mümkünlüyünü bildirib.

scroll top