» » KİV: Şimali Koreya yeni qitələrarası raket istehsal edib

KİV: Şimali Koreya yeni qitələrarası raket istehsal edib

KİV: Şimali Koreya yeni qitələrarası raket istehsal edib
© Global Security

Şimali Koreyada sentyabrın sonlarında qitələrarası ballistik raketin yeni modelinin hazırlanması prosesi başa çatıb.


ucarliyiq.biz xəbər verir ki, bu barədə Yaponiyanın "The Asahi Shimbun" qəzeti ABŞ və Cənubi Koreya mənbələrinə istinadən yazıb.


Nəşrin yazdığına görə, kosmik kəşfiyyat ötən ayın sonunda Pxenyandakı hərbi zavoddan xüsusi qatarın yola düşdüyünü qeydə alıb. Məlumata əsasən, onda əvvəllər müxtəlif növ hərbi raketlər yığılıb. Qatarın zavoddan qitələrarası ikihissəli "Hvanson-14"a bənzəyən, amma daha böyük və daha uzun olan yeni raketi çıxardığı ehtimal olunur.


Ekspertlər bunun "Hvanson-14"ün şərti olaraq "Hvanson-13" adı verilən modernləşdirilmiş üçhissəli variantı olduğunu hesab edirlər. Raketin daha dəqiq xüsusiyyətləri hələ müəyyənləşdirilməyib.

scroll top