» » Yaponiyanın əsas birja indeksi 21 illik maksimuma çatıb

Yaponiyanın əsas birja indeksi 21 illik maksimuma çatıb


 Yaponiyanın "Nikkei 225" fond birjası indeksi bu gün 20 904,5 bəndə yüksələrək 1996-cı il dekabrın 5-dən bu günədək ən maksimal həddə çatıb. ucarliyiq.biz "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, indeksin artmasında əsas rolu "Tokai Carbon", "Pacific Metals" və "Fuji Electric" şirkətlərinin səhmləri oynayıb.


"Tokai Tokyo Reserach Institute-in maliyyə bazarları analitiki Seiçi Suzuki indeksin hərəkətini təhlil edərkən bildirib ki, güclü iqtisadiyyat və bazar şərtləri konyunkturasında fond birjasında artım trendinin davam etməsi gözlənilir.


Xatırladaq ki, "Nikkei 225" fond birjası indeksi tarixi rekord həddə 1989-cu il dekabrın 29-da çatıb və bu zaman indeks 38 957,44 bənd təşkil edib. Hazırda indeks bu səviyyədən təxminən 46,4% aşağıdır.

scroll top