» » "Societe Generale": Türkiyədə dollar yaxın vaxtlarda 20% bahalaşa bilər

"Societe Generale": Türkiyədə dollar yaxın vaxtlarda 20% bahalaşa bilər

"Societe Generale": Türkiyədə dollar yaxın vaxtlarda 20% bahalaşa bilər
© Getty Images

Türkiyədə ABŞ dollarının məzənnəsi yaxın vaxtlarda 20% arta bilər.


ucarliyiq.biz "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu proqnozu Fransanın nüfuzlu "Societe Generale" bankının analitikləri veriblər. 


Proqnozda bildirilib ki, dolların möhkəmlənməsinə səbəb kimi Türkiyə-ABŞ münasibətlərinin pozulması, türk maliyyə aktivlərinin real gəlirliliyinin azalması və daxili siyasətdə qeyri-müəyyənliklər göstərilib.


Bankın ekspertləri 3 aylıq call-opsiyaları 4,35 TRY/USD hədəfi ilə almağı, həmçinin lirəni rubla qarşı satmağı məsləhət görüblər.


Xatırladaq ki, hazırda Türkiyənin nağd valyuta bazarında dolların məzənnəsi 3,70 lirə təşkil edir.

scroll top