» » Dünyada ilk dəfə vətəndaşlığı bitkoinlə almaq mümkün olacaq

Dünyada ilk dəfə vətəndaşlığı bitkoinlə almaq mümkün olacaq

Dünyada ilk dəfə vətəndaşlığı bitkoinlə almaq mümkün olacaq
© AFP 2017/ Karen Bleier

Sakit Okeanda yerləşən Vanuatu vətəndaşlığını bitkoinlə satan ilk ölkə olacaq. 


ucarliyiq.biz TASS agentliyinə istinadən xəbər verir ki, bu ölkədə vətəndaşlıq haqqı 200 min ABŞ dolları və ya 42 bitkoin təşkil edir. Bu barədə VIC (Vanuatu Information Center) - Vanuatu Məlumat Mərkəzinin rəhbəri Cefri Bond elan edib.


Qeyd edək ki, Vanuatu qərbdə Avstraliya, şərqdə isə Fici adaları ilə sərhədlərə sahibdir. Ümumi sahəsi 12 200 kv. km, əhalisinin sayı 273 min olan Vanuatu biznesmenlər üçün maraqlı ölkələrdən biridir. Belə ki, bu ölkədə fövqəladə vergi güzəştləri təklif edilir və bu ölkənin vətəndaşı olanlar dünyanın 113 ölkəsinə, o cümlədən Avropa İttifaqı ölkələri və Böyük Britaniyaya vizasız gedə bilərlər.

scroll top