» » Şura sədri: "Belarus Azərbaycan sərmayəsinin daha çox olmasında maraqlıdır"

Şura sədri: "Belarus Azərbaycan sərmayəsinin daha çox olmasında maraqlıdır"

Şura sədri: "Belarus Azərbaycan sərmayəsinin daha çox olmasında maraqlıdır"
© Belta.by

"Belarus Azərbaycanla investisiya əməkdaşlığının inkişafında maraqlıdır".


ucarliyiq.biz BELTA-ya istinadən xəbər verir ki, bunu Belarus Şurasının sədri Mixail Myasnikoviç Minskdə səfərdə olan Milli Məclisin sədri Oqtay Əsədovla görüşündə deyib.


Onun sözlərinə görə, hazırda Belarusda Azərbaycan kapitallı 58 rezident-şirkət fəaliyyət göstərir, Azərbaycanda isə Belarusun 70-ə yaxın müxtəlif mülkiyyət formasının nümayəndəliyi var.


"Belarus ərazisində Azərbaycan sərmayələri var. Amma hesab edirəm ki, onlar daha çox ola bilər. Əhəmiyyətli dərəcədə aktivləşə bilərik", - belaruslu spiker bildirib. O, iki ölkənin potensialının daha yüksək olduğunu da əlavə edib.


Sənaye əməkdaşlığı haqqında danışan Şura sədri onun inkişafı üçün Belarus və Azərbaycan arasında rahat şəraitin yaradıldığına diqqət çəkib.

scroll top