» » ABŞ-ın Rusiyadakı səfirliyinin əməkdaşlarının sayı daha çox azaldıla bilər

ABŞ-ın Rusiyadakı səfirliyinin əməkdaşlarının sayı daha çox azaldıla bilər

ABŞ-ın Rusiyadakı səfirliyinin əməkdaşlarının sayı daha çox azaldıla bilər
© РИА Новости / Максим Блинов

Rusiyanın ABŞ-dakı diplomatik mülkiyyətləri ilə bağlı vəziyyətlə əlaqədar rəsmi Moskva ABŞ-ın Rusiyadakı diplomatik missiyasının işçilərinin sayını 300 və daha aşağı göstəriciyə qədər azalda bilər.


ucarliyiq.biz xəbər verir ki, bu barədə RİA "Novosti"yə müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin Şimali Amerika Departamentinin direktoru Georgi Borisenkov bildirib.


"Amerikalılar özlərini belə aparırsa, deməli, bizim də analoji addımlarımıza hazırdırlar. Moskva heç bir variantı, o cümlədən diplomatik nümayəndəliklərdə əməkdaş sayında real paritet yaradılmasının mümkünlüyünü istisna etmir", - rusiyalı diplomat qeyd edib.


Xatırladaq ki, ABŞ hökumət orqanlarının tələbi ilə sentyabrın əvvəllərində Rusiyanın San-Fransiskodakı baş konsulluğu, Vaşinqton və Nyu-Yorkdakı ticarət nümayəndəlikləri bağlanıb, bundan sonra binalarda axtarışlar aparılıb. Rusiya bu hərəkətləri qeyri-dost addım adlandırıb və məhkəməyə müraciət edəcəyinə söz verib.

scroll top