» » "Argus Media" beynəlxalq neft sammiti Bakıda keçiriləcək

"Argus Media" beynəlxalq neft sammiti Bakıda keçiriləcək


"Argus" beynəlxalq qiymət agentliyi baş tərəfdaş Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) dəstəyi ilə oktyabrın 12-13-də Bakıda beynəlxalq neft sammiti keçirəcək. 


Bu barədə ucarliyiq.biz agentliyin mətbuat xidmətinə istinadən xəbər verir.


"Sammit Xəzər regionunda əsas görüşlərdən biri olacaq və beynəlxalq neft, nəqliyyat, ticarət, neft emalı, neft-kimya şirkətlərinin, profil nazirliklərin 250-dən çox rəhbərini, həmçinin Azərbaycan, Rusiya, Gürcüstan, Türkmənistan, İran, İsveçrə, BƏƏ, Qazaxıstan, Böyük Britaniya, Rumıniya, Ukrayna, Türkiyə və digər ölkələrin dövlət orqanlarının nümayəndələrini bir araya gətirəcək", - məlumatda deyilir.


Sammit iştirakçıları neft və neft məhsullarının, neft-kimya məhsullarının ixracı üçün logistik marşrutların inkişaf xüsusiyyətlərini, Xəzəryanı ölkələrin bazarlarında baş verən dəyişiklikləri nəzərdən keçirəcək, nəqliyyat infrastrukturunun genişləndirilməsi və müasirləşdirilməsi məsələlərini, eləcə də qaz layihələrinin inkişafı xüsusiyyətlərini müzakirə edəcəklər.


Sammit çərçivəsində SOCAR prezidenti Rövnəq Abdullayevin, "Argus-in Rusiya, MDB və Baltikyanı ölkələrdəki rəhbəri Vyaçeslav Mişenkonun, "Argus Media Group-in əməliyyat direktoru Filip Şounun, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyədəki regional prezidenti Heri Consun, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanovun, Azərbaycanın energetika nazirinin müavini Natiq Abbasovun, Gürcüstanın energetika nazirinin müavini Romeo Mikautadzenin, eləcə də Azərbaycanın və xarici ölkələrin neft və logistik strukturlarının nümayəndələrinin hesabatla çıxış edəcəyi gözlənilir. 

scroll top