» » Bir qrup şəxs İspaniyanın Afinadakı səfirliyinin binasına soxulub

Bir qrup şəxs İspaniyanın Afinadakı səfirliyinin binasına soxulub


Kataloniya əyalətinin müstəqilliyinin tərəfdarı olan bir qrup naməlum şəxs İspaniyanın Afinadakı səfirliyinin binasına hücum edib.


“Report” “Reuters”ə istinadən xəbər verir ki, onlar səfirliyin binasına təbliğat vərəqələri atıblar.


“15-20 nəfər səfirliyə soxularaq vərəqələr dağıtdılar. Onlar heç nəyi sındırmayıblar. Vərəqədə belə bir mətn yazılıb: “Həmrəylik - xalqın silahıdır”, - səfirliyin nümayəndəsi bildirib.


Yunanıstan polis hadisə ilə bağlı 19 şübhəlini saxlayıb. Hüquq-mühafizə orqanı aksiyanın təşkilatçısının Yunanıstanın “Rubikon” qruplaşması ola biləcəyini ehtimal edir: “Bu qruplaşma Kataloniyanın İspaniyadan ayrılmasının tərəfdarıdır”.

scroll top