» » Yeni təyin olunmuş rəhbər Dağıstanın büdcəsinin artırılmasını xahiş edib

Yeni təyin olunmuş rəhbər Dağıstanın büdcəsinin artırılmasını xahiş edib

Yeni təyin olunmuş rəhbər Dağıstanın büdcəsinin artırılmasını xahiş edib
© РИА Новости

Dağıstanın rəhbəri vəzifəsini müvəqqəti icra edən Vladimir Vasilyev Dövlət Dumasının plenar iclasında federal büdcədən respublikaya ayrılan yardımın miqdarının artırılmasını xahiş edib.


Bu barədə ucarliyiq.biz "RİA Novosti"yə istinadən xəbər verir.


"Bu gün elə alınıb ki, Dağıstan federal büdcədən adambaşına ən az dəstək alır", - V.Vasilyev Dövlət Dumasının iclasında bildirib.


O, ayrılan vəsaitlərin xərclənmə istiqamətləri barədə mütəmadi qaydada Dövlət Dumasına hesabat verməyə hazır olduğunu vurğulayıb: Bu, xalqın puludur, biz cavabdehlik daşıyacağıq", - V.Vasilyev əlavə edib. 

scroll top