» » OPEC Azərbaycanla bağlı son proqnozlarını açıqlayıb

OPEC Azərbaycanla bağlı son proqnozlarını açıqlayıb

OPEC Azərbaycanla bağlı son proqnozlarını açıqlayıb
© REUTERS/ Heinz-Peter Bader

Azərbaycanda 2017-ci ildə neft hasilatı 60 min barel/gün və ya 7,06% azalaraq 790 min barel/gün təşkil edəcək. ucarliyiq.biz xəbər verir ki, bu barədə OPEC-in aylıq neft bazarı icmal hesabatında (OPEC Monthly OİL Market Report) bildirilir.


Hesabatda qeyd olunub ki, 2017-ci ildə OPEC üzvü olmayan ölkələrdən ABŞ, Braziliya, Kanada, Qana, Konqo və Norveçdə hasilat artacaq, Azərbaycan, Çin və Meksikada isə azalacaq. Ən yüksək artım (600 min barel/gün) ABŞ-da olacaq. 


Hesabata görə, Azərbaycanda neft hasilatı 2018-ci ildə də azalmağa davam edəcək. 2018-ci ildə Azərbaycanda neft hasialtının 50 min barel/gün və ya 6,3% azalaraq 740 min barel/günə geriləyəcəyi ehtimal edilir. Gələn il də ən yüksək artımın ABŞ-da (860 min barel/gün) olacağı proqnozlaşdırılır.

scroll top