» » Madrid Kataloniyaya sorğu göndərib

Madrid Kataloniyaya sorğu göndərib


İspaniya hökuməti Kataloniyaya onların müstəqilliyini elan edib-etməməsi ilə bağlı sorğu göndərib.


ucarliyiq.biz "Sputnik"ə istinadən xəbər verir ki, bu barədə İspaniyanın baş naziri Mariano Raxoy hökumətinin təcili iclasında bildirib.


Qeyd edək ki, dünən Kataloniyadan müstəqiliyin tanınmasının təxirə salındığı və Madrid ilə danışıqlara hazır olduqları barədə açıqlamalar gəlib.


M.Raxoy qeyd edib ki, Madrid Kataloniyanın İspaniyadan ayrılmasına imkan verməmək üçün hər şeyi edəcək.


Xatırladaq ki, oktyabrın 1-də muxtariyyətdə İspaniyanın tərkibindən çıxmaqla bağlı "referendum" keçirilib. Səsvermə hüququ olan 5,31 milyon nəfərdən 2,28 milyonunun qatıldığı seçkilərdə katalonların 90,18%-i müstəqilliyin elan olunmasının lehinə səs verib. Rəsmi Madrid isə "referendum"u qeyri-qanuni hesab edir və onun nəticələrini tanımaqdan imtina edir.

scroll top