» » “Atabank” plastik kartlarının sahibi olan müştərilərinə müraciət edib

“Atabank” plastik kartlarının sahibi olan müştərilərinə müraciət edib


“Atabank” ASC-nin əməkdaşlıq etdiyi “AzeriCard” MMC prosessinq mərkəzi xidmət səviyyəsinin yüksəldilməsi məqsədi ilə oktyabrın 12-dən 13-nə keçən gecə daxili sistemində yenilənmə işləri aparacaq.


“Report” xəbər verir ki, bu barədə Bankın açıqlamasında bildirilir.


Məlumatda deyilir ki, bununla əlaqədar saat 00:30-dən saat 06:00-a qədər plastik kartlarla onlayn rejimdə əməliyyatlar həyata keçirmək mümkün olmayacaq.


“Xahiş edirik əməliyyatlarınızı planlaşdırarkən bunu nəzərə alasınız”, - deyə açıqlamada qeyd olunub.


Xatırladaq ki, “AtaBank” Bakıda və ölkənin müxtəlif regionlarında 31 filial və şöbəni, 81 bankomat və 18 min POS-terminalı əhatə edən xidmət şəbəkəsi ilə fəaliyyət göstərir, korporativ və fərdi müştərilərə tam xidmətlər spektri təqdim edir.

scroll top