» » OPEC qlobal neft tələbi proqnozlarını açıqlayıb

OPEC qlobal neft tələbi proqnozlarını açıqlayıb

OPEC qlobal neft tələbi proqnozlarını açıqlayıb
© ALEXANDER KLEIN/AFP/Getty Images

OPEC təşkilatı 2017-ci və 2018-ci illər üçün qlobal neft tələbatı ilə bağlı proqnozunu artırıb.


ucarliyiq.biz xəbər verir ki, bu barədə təşkilatın aylıq neft bazarı hesabatı olan "OPEC monthly oil market report"da məlumat verilib.


Hesabata əsasən, 2017-ci və 2018-ci illərdə qlobal neft tələbatı əvvəlki proqnozla müqayisədə müvafiq olaraq 30 min barel/gün artırılıb. Proqnozların artırılmasından sonra 2017-ci ildə qlobal neft tələbi 96,8 mln. barel/günə yüksəlib və illik artım 1,5% təşkil edib. 2018-ci il üçün isə qlobal neft tələbi 98,14 mln. barel/gün təşkil edib, illik artım 1,4% olub.


OPEC-in hesabatında 2017-ci il üçün proqnozun artırılmasına səbəb kimi OECD ölkələri və Çində neftə olan tələbin yüksəlməsi amili göstərilib.

scroll top