» » Ukraynada müdafiə nazirinin müavini korrupsiya sxemində iştirak etdiyinə görə saxlanılıb

Ukraynada müdafiə nazirinin müavini korrupsiya sxemində iştirak etdiyinə görə saxlanılıb

Ukraynada müdafiə nazirinin müavini korrupsiya sxemində iştirak etdiyinə görə saxlanılıb
© Tass/ Zuma

Ukrayna Milli Antikorrupsiya Bürosunun (UMAB) əməkdaşları dövlət vəsaitinin mənimsənilməsində şübhəli bilinən müdafiə nazirinin müavinini və Müdafiə Nazirliyinin Dövlət satınalmaları və maddi resurslarının tədarükü departamentinin direktorunu saxlayıb.


Bu barədə ucarliyiq.biz "112.ua" portalına istinadən xəbər verir.


İstintaq məlumatlarına görə, maye yanacaq satınalması üzrə müsabiqədə təchizatçı ilə qanunsuz şəkildə bir sıra əlavə sazişlər imzalanıb və bu, ilkin qiymətin əhəmiyyətli dərəcədə artmasına gətirib çıxarıb.


"Nəticədə təchizatçının xeyrinə əsassız və qanunsuz şəkildə dövlət büdcəsindən 149,339 milyon qriven (təxminən, 5,65 milyon dollar) vəsait köçürülüb", - UMAB-nin məlumatında deyilir.

scroll top