» » İraq məhkəməsi “referendum” keçirənlərin həbsinə order verib

İraq məhkəməsi “referendum” keçirənlərin həbsinə order verib

İraq məhkəməsi “referendum” keçirənlərin həbsinə order verib
© РИА Новости / Дмитрий Виноградов

“İraqın şimalında “müstəqillik referendumu”nun keçirilməsini təşkil edənlərin həbsi barədə order verilib”.


“Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, bunu İraq Ali Məhkəmə Şurasının təmsilçisi bildirib.


“Məhkəmə İraqın şimalındakı Kürdüstan Muxtar Bölgəsində “referendum”u təşkil edən “komissiya” rəhbərləri və üzvlərinin həbsi barədə qərar qəbul edib”, - deyə İraq Ali Məhkəmə Şurasının təmsilçisinin bəyanatında vurğulanıb.


Qeyd edək ki, oktyarbın 9-da İraq Milli Təhlükəsizlik Şurası ölkənin şimalında qanunsuz referendum keçirən məmurların kimliyini müəyyənləşdirib və onlara qarşı hüquqi addımlar atılacağını açıqlayıb. 


Şura İraqın şimalından ixrac edilən neftdən gələn gəlirləri bank hesablarına köçürən bölgədəki məmurların hesablarına həbs qoyulacağını da bildirmişdi.


Xatırladaq ki, sentyabrın 25-də İraqın şimalındakı hökumətin təşəbbüsü ilə keçirilən “referendum”un nəticəsini heç bir dövlət və beynəlxalq təşkilat tanımayıb. Yalnız İsrail onu tanıyacağını bildirib.

scroll top