» » “Etihad Airways” şirkəti gələn ilin mart ayından Bakıya aviareyslərə başlayacaq

“Etihad Airways” şirkəti gələn ilin mart ayından Bakıya aviareyslərə başlayacaq


Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Etihad Airways” şirkəti 2018-ci il martın 2-dən etibarən Əbu-Dabi – Bakı istiqamətində aviareyslərə başlayacaq. 


“Report”un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, uçuşlar həftədə 3 dəfə həyata keçiriləcək.


Uçuşlar “Airbus A-320” təyyarələri ilə yerinə yetiriləcək, təyyarələrdə 16 biznes, 120 ekonom sinfinə daxil olmaqla ümumilikdə 136 sərnişin yeri var.


“Etihad Airways” şirkətinin baş icraçı direktoru Peter Baumqartner deyib ki, bu uçuşlar iki ölkə arasında biznes, turistik və mədəni əlaqələrin daha da möhkəmlənməsinə gətirib çıxaracaq.


Qeyd edək ki, BƏƏ və digər körfəz ölkələrindən Azərbaycana gələn turistlərin sayı 30 dəfə artıb.

scroll top