» » OPEC+ anlaşmasına ötən ay 99% əməl edilib

OPEC+ anlaşmasına ötən ay 99% əməl edilib


Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) üzvləri sentyabrda gündəlik neft hasilatını 88,5 min barel və yaxud 0,27% artıraraq 32,748 mln. barelə çatdırıb. 


ucarliyiq.biz xəbər verir ki, bu barədə OPEC-in ötən ayın yekunlarına dair hesabatında ("OPEC Monthy Oil Market Report") bildirilib. 


Sənədə əsasən, OPEC üzvləri ötən ilin oktyabr ayı ilə müqayisədə neft hasilatını 1,256 mln. barel/gün azaldıblar. Xatırladaq ki, OPEC+ anlaşmasına görə, hasilat 1,266 mln. barel/gün azaldılmalı idi. Başqa sözlə, anlaşmaya 99% əməl edilib


OPEC-in üzv olmayan, amma hasilatın azaldılması anlaşmasında iştirak edən Rusiya isə neft hasilatını vəd etdiyi kimi 300 min barel/gün deyil, 385 min barel/gün azaldıb. Yəni, Rusiya anlaşmaya artıqlaması ilə əməl edib. 

scroll top