» » Göyçay və Şəkidə sahibkarlar üçün təlim keçirilib

Göyçay və Şəkidə sahibkarlar üçün təlim keçirilib

Göyçay və Şəkidə sahibkarlar üçün təlim keçirilib

İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Göyçay nümayəndəliyinin təşkilatçılığı ilə Göyçayda, Şəki nümayəndəliyinin təşkilatçılığı ilə Şəkidə sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün təlimlər keçirilib. 


Bu barədə “Report”a nazirlikdən bildirilib. 


Məlumata görə, "Made in Azerbaijan" brendinin yaradılması və inkişafı", "İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası" mövzularını əhatə edən təlimlərdə biznesin təşkili və səmərəli idarə edilməsi, brendləşmənin xüsusiyyətləri, "Made in Azerbaijan" brendinin yaradılması, məhsulların keyfiyyətinin yüksəldilməsi haqqında məlumat verilib. Bundan əlavə təlimlərdə investisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi qaydası, biznes planın tərtib edilməsi və s. barədə ətraflı məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.


Tədbirdə həmçinin, İqtisadiyyat Nazirliyinin göstərdiyi elektron xidmətlər, sahibkarların təkrar şikayətlərinə baxılması proseduru barədə məlumat verilib, mövzular üzrə təqdimatlar keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

scroll top