» » AMB-nin notlarına tələb təklifi 3 dəfəyə yaxın üstələyib

AMB-nin notlarına tələb təklifi 3 dəfəyə yaxın üstələyib


Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50100262S dövlət qeydiyyat nömrəli, 150 mln manatlıq, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.


“Report” BFB-yə istinadən xəbər verir ki, hərraca 15 investor 431 920 400 manat məbləğində, qiyməti 99,2278 manat (10,01%) olan 20 sifariş təqdim edib.


AMB-nin qərarına əsasən, istiqrazların kəsmə və orta ölçülmüş qiyməti də bu qədər müəyyən edilib. Bütün notlar yerləşdirilib.


Qiymətli kağızların ödəmə tarixi 8 noyabr 2017-ci ildir.

scroll top