» » Meksikada həbsxanada baş vermiş qiyam zamanı ölənlərin sayı 16-a çatıb

Meksikada həbsxanada baş vermiş qiyam zamanı ölənlərin sayı 16-a çatıb


Meksikanın Kadereyta şəhər həbsxanasında baş vermiş qiyam nəticəsində ölənlərin sayı 16-a çatıb.


ucarliyiq.biz RİA "Novosti"-yə istinadən xəbər verir ki, bu barədə Nuevo-Leon ştatının baş prokuroru Bernardo Qonsales bildirib.


Qiyama səbəb həbsxanadakı cinayət qruplaşmalarının üzvləri arasında baş vermiş münaqişə olub. Qruplaşma üzvləri həmçinin həbsxana rəhbərliyinin dəyişdirilməsini də tələb ediblər. 


Onların qənaətincə, müəssisə rəhbərliyi “Los-Setas” narkokartel ilə əlaqədə olub.


Hələlik ölənlərin 13-nün kimliyi müəyyən edilib. İğtişaşların daha 3 qurbanı barədə müvafiq işlər aparılır.


Qeyd edək ki, daha əvvəl qiyam zamanı 13 nəfərin öldüyü bildirilirdi. 

scroll top