» » Türkiyədə almaniyalı jurnalistin məhkəməsi başlayıb

Türkiyədə almaniyalı jurnalistin məhkəməsi başlayıb


Türkiyədə terrorçuluğun təbliğatında və ölkədə qadağan olunmuş Marksist-Leninist platformalı Kommunist Partiyası ilə əlaqədə olmaqda ittiman edilən almaniyalı jurnalist Mesale Tolunun məhkəməsi başlayıb.


Bu barədə “Report” xarici KİV-ə istinadən xəbər verir.


Jurnalistin vəkilinin sözlərinə görə, M.Tolu partiya üzvlərinin bir neçəsinin dəfnində iştirak etdiyi üçün qadağan olunmuş partiya ilə əlbir olmaqda ittiham edilir.


Qeyd olunur ki, bundan əlavə, Almaniya vətəndaşlığı olan daha 10 jurnalist saxlanılıb.


Bu ilin martında Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan almaniyalı jurnalist Deniz Yüceli terrorçuluqda ittiham edərək onu terrorçuların agenti adlandırıb. 

scroll top