» » Bakıda “İnformasiya axınlarının iqtisadi effektləri” adlı seminar keçiriləcək

Bakıda “İnformasiya axınlarının iqtisadi effektləri” adlı seminar keçiriləcək


Azərbaycan Banklar Assosisisyasının (ABA) rəsmi mətbu orqanı olan “Banklar və Biznes” Qəzeti (www.bbn.az) Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondunun (SBFIC) təşkilati dəstəyi ilə Həsən bəy Zərdabinin anım gününə hərs edilmiş tələbələr arası “Yanlış, qeyri-dəqiq və təhrif edilmiş iqtisadi informasiyanın mümkün mənfi nəticələri” mövzusunda məqalə müsabiqəsi elan edib.


“Report” ABA-ya istinadən xəbər verir ki, müsabiqə çərçivəsində “İnformasiya axınlarının iqtisadi effektləri” adlı seminar keçirilməsi planlaşdırılır.


Seminar oktyabrın 14-də, saat 10:00-da Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, 40 ünvanında – “Caspian Business Center”in V mərtəbəsində olacaq. Seminarda iştirak etmək üçün goo.gl/8KJUkW linki vasitəsilə qeydiyyatdan keçmək lazımdır.


Seminarda aşağıdakı mövzular üzrə çıxışlar olacaq:


Mövzu: “İqtisadi xəbərlər: necə yazılmalıdır və nələrə diqqət yetirmək lazımdır?”


Təlimçi: Mehman Mehdiyev – əməkdar jurnalistdir, “Space” və “Lider” televiziyasında müxbir, aparıcı, prodüser, layihə rəhbəri vəzifələrində çalışıb. Hazırda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat katibi vəzifəsində çalışır. Jurnalistika sahəsindəki fəaliyyətinə görə Prezident İlham Əliyevin sərəncamı ilə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.


Mövzu: “Bank məhsul və xidmətlərinin istehlakçılarının huquqlarının qorunması və maliyyə savadlılığı”


Təlimçi: Lamiyə Qaralova – Azərbaycan Mərkəzi Bankın (AMB) əməkdaşıdır, 2001-2014 illərdə “Kapital Bank” ASC-də baş mütəxəssis, 2014-2016-cı illərdə isə AMB-nin Kredit təşkilatlarının fəaliyyətinə nəzarət Departamentinin Bank xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi şöbəsində mütəxəssis kimi fəaliyyət göstərib. Hazırda qurumun Tədqiqatlar və İnkişaf Mərkəzinin İqtisadi maarifləndirmə xidmətinin mütəxəssisi vəzifəsində çalışır.


Həmçinin seminarda məqalələrə olan tələblər daha geniş formada müsabiqə iştirakçılarının diqqətinə çatdırılacaq.


Müsabiqəyə gəlincə isə onun haqqında ətraflı məlumatı goo.gl/1gPhEZ linkindən əldə etmək olar. Müsabiqənin mükafat fondu aşağıdakı kimidir:


1-ci yer – 800 manatlıq hədiyyə kuponu;


2-ci yer – 500 manatlıq hədiyyə kuponu;


3-cü yer – 300 manatlıq hədiyyə kupunu;


Növbəti 5 yer – 100 manatlıq hədiyyə kuponu.

scroll top