» » Kudrin: "Yeni büdcə vergilərin artırılmasına gətirib çıxaracaq"

Kudrin: "Yeni büdcə vergilərin artırılmasına gətirib çıxaracaq"

Kudrin: "Yeni büdcə vergilərin artırılmasına gətirib çıxaracaq"
© Sputnik/ Maksim Blinov — Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Aleksey Kudrin

Büdcə layihəsində neftin baza qiymətinin 40 dollar/barel səviyyəsində götürülməsi Rusiyada vergilərin artırılmasını tələb edəcək. ucarliyiq.biz "Vestifinance.ru" saytına istinadən xəbər verir ki, bu açıqlamanı keçmiş maliyyə naziri, hazırda Strateji Araşdırmalar Mərkəzinin rəhbəri olan Aleksey Kudrin verib.


"Hesab edirəm ki, neftin qiyməti 45 dollar/bareldən götürülsə idi, daha doğru olardı. Bu durumda iqtisadi artımın sürətlənməsini məhdudlaşdıran sərt büdcə xərcləri kəsintisindən qaçmaq mümkün olardı. 40 dollar/barel - olduqca aşağı həddir", - deyə Kudrin bildirib.


Sabiq nazir qeyd edib ki, "büdcə qanununun bir qədər yumşaldılması bizə vergi artımını kompensasiya etmək imkanı verər. Hazırda seçim qarşısındayıq - ya vergilər, ya da büdcə xərcləri artacaq. Hesab edirəm ki, xərclər onsuz da azaldılacaq. Lakin bir qədər yumşaq olması müsbət amil ola bilər".


Xatırladaq ki, 40 dollar/bareldən yuxarı qiymətə satılan neftdən əldə olunan əlavə gəlirlər valyuta ehtiyatlarının artırılmasına yönəldiləcək.

scroll top