» » SOCAR Türkiyədə fəaliyyətini genişləndirə bilər

SOCAR Türkiyədə fəaliyyətini genişləndirə bilər

SOCAR Türkiyədə fəaliyyətini genişləndirə bilər
SOCAR Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev

Azərbaycan İranla Xəzər dənizində hansı yataqların birlikdə işlənməsinə dair konkret danışıq aparmır.


“Report” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev bildirib.


SOCAR rəsmisi şirkətin Türkiyədəki fəaliyyətinin genişləndirilməsi imkanları barədə də danışıb: “Türkiyənin neft-kimya bazarı SOCAR üçün maraqlıdır. Hazırda qonşu ölkənin ehtiyacına uyğun yeni istehsal güclərinin yaradılması imkanlarını nəzərdə keçiririk. Amma bununla bağlı investisiya qərarı qəbul etməyə çox vaxt var. Çünki layihənin istiqaməti, istehsal gücü və dəyəri təhlil olunmalıdır. Bununla bağlı qərar qəbul etmək elə də sadə məsələ deyil”. 

scroll top