» » SOCAR gələn il Bakı-Novorossiysk kəməri ilə 1,3 mln. ton neft ixrac edəcək - ƏLAVƏ OLUNUB

SOCAR gələn il Bakı-Novorossiysk kəməri ilə 1,3 mln. ton neft ixrac edəcək - ƏLAVƏ OLUNUB

SOCAR gələn il Bakı-Novorossiysk kəməri ilə 1,3 mln. ton neft ixrac edəcək - ƏLAVƏ OLUNUB
© Report/ Firi Salim — SOCAR-ın Marketinq və iqtisadi əməliyyatlar İdarəsinin rəisi Ədnan Əhmədzadə

İlk xəbər saat 12:20-də verilib


Gələn il Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Bakı-Novorossiysk boru kəməri ilə 1,3 mln. ton neft ixrac etməyi planlaşdırır.


ucarliyiq.biz xəbər verir ki, bunu SOCAR-ın Marketinq və iqtisadi əməliyyatlar İdarəsinin rəisi Ədnan Əhmədzadə bildirib.


"SOCAR gələcəkdə Bakı-Novorossiysk kəmərinin istismarını dayandırmağı planlaşdırmır. 2018-ci ildə bu kəmərlə 1,3 mln. ton Azərbaycan neftinin nəqli planlaşdırılır", - deyə İdarə rəisi qeyd edib.


***


Şirkət rəsmisinin sözlərinə görə, artıq bir neçə ildir ki, Rusiya tərəfi ilə Bakı-Novorossiysk kəməri ilə neftin revers (əks istiqamətdə) nəqlinin mümkünlüyünə dair danışıqlar aparılır: "Hələlik mövcud iqtisadi vəziyyət buna imkan vermir, lakin analoji danışıqları davam etdiririk".

scroll top