» » “Bank of Bakı” müştərisini Nyu-Yorka göndərir

“Bank of Bakı” müştərisini Nyu-Yorka göndərir


“Bank of Bakı” ASC bir müddət öncə “Gəliiir” şüarı altında müştərilərinə təqdim etdiyi yenilik və kampaniyaların yekunlarına həsr olunmuş mətbuat konfransı keçirib. 


ucarliyiq.biz xəbər verir ki, konfransda həmin silsilə kampaniyalardan biri olan “Bolkartla alış-veriş et, Nyu-Yorka 2 nəfərlik səyahət qazan!” kampaniyasının qalibləri mükafatlandırılıb.


Ümumilikdə 24 nəfər həftənin, 2 nəfər ayın, 1 nəfər isə ən böyük mükafatın - Nyu-Yorka 2 nəfərlik səyahətin qalibi olub. 


Qeyd edək ki, qaliblər "Bank of Baku"ya məxsus "Bolkart" kredit və debet kartlarının sahibləridir və onlar 24 iyul- 17 sentyabr tarixlərini əhatə edən kampaniya çərçivəsində ölkə daxilində və xaricində etdikləri alış-verişə qalib elan ediliblər. Həftə ərzində ödənişlərin ümumi məbləği ən çox olan 24 nəfər "Bolkart"lıya "Bolkart Gold/Bolkart Diamond+ 100 manat BAL", kampaniya müddətində hər ayın yekununda ödənişlərin ümumi məbləği ən çox olan 2 "Bolkart"lıya isə "Canon D1300 markalı fotoaparat", ümumi kampaniya dövründə ödənişlərin ümumi məbləği ən çox olan "Bolkart"lıya - Vüsal Hüseynova isə Nyu-Yorka 2 nəfərlik səyahət paketi (aviabilet, transfer və otel daxil olmaqla viza dəstəyi) hədiyyə olunub. 


Xatırladaq ki, “Gəliiir” şüarı altında müştərilərə təqdim edilən əsas yeniliklərdən biri "Bolkart" debet kartının sahiblərinin hesablarındakı qalıq məbləğin illik 5%-i qədər gəlir əldə etməsi, eləcə də "Bolkart" kredit və debet kart sahiblərininisə etdikləri istənilən alış-verişə görə 25%-ə qədər bal qazanmasıdır. 

scroll top