» » Qazaxıstanda qaz kəmərində baş verən yanğın nəticəsində altı nəfər yaralanıb

Qazaxıstanda qaz kəmərində baş verən yanğın nəticəsində altı nəfər yaralanıb

Qazaxıstanda qaz kəmərində baş verən yanğın nəticəsində altı nəfər yaralanıb
© Sputnik

Qazaxıstanın Karaqanda vilayətində yerləşən ən böyük metallurgiya müəssisəsində - "ArselorMittal Temirtau" ASC-də qaz kəmərində baş vermiş qaz alovlanması nəticəsində altı nəfər yaralanıb.


ucarliyiq.biz "RİA Novosti"yə istinadən xəbər verir ki, müəssisənin mətbuat xidmətindən yaralılardan dördünün qaz sexinin, birinin koks sexinin, digərinin isə qaz xilasetmə xidmətinin işçisi olduğu bildirilib.


Məlumata görə, yaralılardan üçü Temirtau Mərkəzi Şəhər Xəstəxanasının intensiv terapiya blokunda, digər üç nəfər isə vilayətdəki travmatologiya və ortopediya mərkəzinin yanıq şöbəsindədir.


Faktla bağlı istintaq aparılır.

scroll top