» » Azərbaycan Fransanın "Alstom" şirkətindən 50 lokomotiv alacaq

Azərbaycan Fransanın "Alstom" şirkətindən 50 lokomotiv alacaq

Azərbaycan Fransanın "Alstom" şirkətindən 50 lokomotiv alacaq
© Report/ Firi Salim — "Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini İqbal Hüseynov

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Fransanın "Alstom" şirkətindən ümumilikdə 50 ədəd lokomotiv alacaq. 


ucarliyiq.biz xəbər verir ki, bunu Bakıda keçirilən "Argus Azərbaycan Beynəlxalq Neft Sammiti 2017" adlı tədbirdə çıxış edən Cəmiyyətin sədr müavini İqbal Hüseynov bildirib.


"Ehtimal edirəm ki, lokomotivlər gələn il Azərbaycana çatdırılacaq", - deyə o qeyd edib. 


Qeyd edək ki, Azərbaycan Fransadan 10 sərnişin, 40 yük qatarı lokomotivi alır. İlk sərnişin lokomotivi artıq Fransadan Azərbaycana yola salınıb. Onun dekabrda ölkəyə çatacağı gözlənilir. 

scroll top