» » Rusiya prezidenti daha bir qubernatoru istefaya göndərib

Rusiya prezidenti daha bir qubernatoru istefaya göndərib

Rusiya prezidenti daha bir qubernatoru istefaya göndərib
© Sputnik/ Ramil Sitdikov — Rusiya Prezidenti Vladimir Putin

 Rusiya prezidenti Vladimir Putin Pskov vilayətinin qubernatoru Andrey Turçakı vəzifədən azad edib.


“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu prezidentin mətbuat katibi Dmitri Peskov bildirib.


Onun sözlərinə görə, A.Turçak işdən çıxmaqla bağlı könüllü şəkildə ərizə yazıb.


Pskov vilayətinin qubernatoru vəzifəsini müvəqqəti olaraq Mixail Vedernikov icra edir. 


Qeyd edək ki, Rusiyada son 18 gündə 11 bölgənin rəhbəri işdən çıxarılıb. 


Xatırladaq ki, sentyabrın 25-dən indiyədək Dağıstan Respublikası, Samara, Novosibirsk, Orlov, Smolensk, Nijeqorodsk, Omsk, İvanovo vilayətləri, Primorsk, Krasnoyarsk diyarlarının başçıları istefaya göndəriliblər.

scroll top