» » Qazaxıstan neftinin BTC ilə nəqli üçün danışıqlar aparılır

Qazaxıstan neftinin BTC ilə nəqli üçün danışıqlar aparılır

Qazaxıstan neftinin BTC ilə nəqli üçün danışıqlar aparılır
© Report/ Firi Salim

Azərbaycan Dövlət Neft Şirkəti Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri ilə nəqli üçün danışıqları davam etdirir. ucarliyiq.biz xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında SOCAR-ın Marketinq və iqtisadi əməliyyatlar İdarəsinin rəisi Ədnan Əhmədzadə bildirib. 


O qeyd edib ki, 2018-ci ildə Türkmənistan neftinin BTC ilə nəqli üçün "SOCAR Trading" sazişi imzalayıb: "Gələn il, bu ilki kimi 3-4 mln. ton neft ixracı nəzərdə tutulur. Müqavilə iki il müddətinə - bu il və gələn il üçün imzalanıb".

scroll top