» » Banqladeş üç yardım təşkilatını Myanma müsəlmanlarının düşərgəsinə buraxmır

Banqladeş üç yardım təşkilatını Myanma müsəlmanlarının düşərgəsinə buraxmır


Banqladeş hökuməti milli-dini ayı-seçkilik nəticəsində Myanmadan qaçaraq ölkəyə sığınan müsəlman qaçqınların düşərgəsində üç ictimai təşkilatın fəaliyyət göstərməsini qadağan edib.


“Report” TGRT-yə istinadən xəbər verir ki, bunu hakim “Xalq liqası” (“Awami League”) Partiyasının deputatı olan Mahjabeen Halit bildirib.


Onun sözlərinə görə, bu yasağı Banqladeş Xarici İşlər Nazirliyinin Parlamentdəki Daimi Komitəsi elan edib.


Banqladeş hökumətinin fəaliyyətinə qadağa qoyduğu təşkilatlardan biri də Mərkəzi Britaniyada yerləşən “Müsəlman Yardımı” (“Muslim aid”) təşkilatı da var. Bu və daha iki təşkilata myanmalı müsəmanların düşərgəsinin ərazisinə hökumətin uyğun icazəsi olmadan keçə bilməzlər.


Deputat deyib ki, həmin ictimai təşkilatlar “yardım fəaliyyəti” adı altında başqa işlər də görürlər: “Lazımi səlahiyyətləri olmadan qaçqınların düşərgəsində fəaliyyət göstərən başqa qurumların da bağlanacağı gözlənilir”. 

scroll top