» » Rusiya Metsamor AES-i nüvə yanacağı ilə təmin edəcək

Rusiya Metsamor AES-i nüvə yanacağı ilə təmin edəcək


Rusiya Metsamor AES-i nüvə yanacağı ilə təmin edəcək. 


“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bununla bağlı Rusiya “Rosatom”unun TVEL yanacaq şirkəti Ermənistanla müqavilə imzalayıb.


Məlumata görə, TVEL Metsamor AES-i 100 faiz yanacaqla təmin edəcək.


Qeyd edək ki, Metsamor AES 1980-ci ildə istifadəyə verilib. Ermənistanda istifadə olunan elektrik enerjisinin orta hesabla 45 faizini stansiyanın ikinci bloku istehsal edir. Birinci blok isə hazırda dayandırılıb.


Azərbaycan, İran və Türkiyənin rəsmi dövlət qurumları AES-in fəaiyyətinin qonşu dövlətlərin ekoloji vəziyyətinə ziyan vurduğu haqqında səlahiyyətli beynəlxalq təşkilatlar qarşısında onun istismarının birdəfəlik dayandırılmasına dair dəfələrlə məsələ qaldırıblar. 

scroll top