» » SOCAR bu il 4,5 mlrd. kubmetr qaz hasil edib

SOCAR bu il 4,5 mlrd. kubmetr qaz hasil edib


Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 4 457,8 mln. kubmetr həcmində təbii qaz hasil edib.


“Report” Şirkətə istinadən xəbər verir ki, bunun 498,7 mln. kubmetri sentyabrın payına düşüb.


Hesabat dövründə Azərbaycan üzrə qaz hasilatının həcmi isə 21 118,1 mln. kubmetr təşkil edib. Bu həcmin 2 414 mln. kubmetri sentyabrda hasil olunub.

scroll top