» » Tofiq Qəhrəmanov: "Dizellə işləyən maşınların sayı artır, benzinlə - azalır"

Tofiq Qəhrəmanov: "Dizellə işləyən maşınların sayı artır, benzinlə - azalır"

Tofiq Qəhrəmanov: "Dizellə işləyən maşınların sayı artır, benzinlə - azalır"
© Report — SOCAR-ın strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov

"Hazırda dünyada yeni bir tendensiya başlayıb. Getdikcə dizellə işləyən maşınların sayı artır, benzinlə işləyən maşınlar isə əksinə azalır". 


ucarliyiq.biz xəbər verir ki, bunu Bakıda keçirilən "Argus" beynəlxalq neft sammiti çərçivəsində sualları cavablandıran SOCAR-ın strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov deyib.


T.Qəhrəmanovun sözlərinə görə, Azərbaycanda da bu tendensiyanın güclənməsi mümkündür: "Təxmini hesablamalara görə, dizellə işləyən avtomobillərin sayı 1,5 dəfə artacaq. Ona görə qorxmaq lazım deyil. Əgər bizim əlavə xammala ehtiyacımız olsa, onu yerli bazardan təmin etməyə çalışacağıq. Həmçinin nefti xarici bazardan beynəlxalq qiymətlərə alıb, onu emal edib, ixraca yönəldə bilərik".

scroll top