» » Bakı neft emalı zavodunun gücü 25% artırılacaq

Bakı neft emalı zavodunun gücü 25% artırılacaq

Bakı neft emalı zavodunun gücü 25% artırılacaq
© Report — SOCAR strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov

 Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyasından sonra müəssisədə benzin istehsalı 1,3 mln. tondan 2,2 mln. tona çatdırılacaq. 


ucarliyiq.biz xəbər verir ki, bunu Bakıda keçirilən "Argus" beynəlxalq neft sammitində çıxış edən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov deyib.


T.Qəhrəmanovun sözlərinə görə, zavodun müasirləşdirilməsi digər məhsulların da istehsalını artıracaq: "Bundan əlavə, dizel istehsalı 700 min tondan 2,2-2,9 mln. tona, kerosin istehsalı isə 600-700 min tondan 1 mln. tona çatdırılacaq. Ümimilikdə, yüngül fraksiyaların həcmi də 87%-ə qədər artırılacaq".


SOCAR rəsmisi deyib ki, zavodun yenidən qurulmasında əsas məqsəd zavodun ümumi emal gücünün 6 mln. tondan 7,5 mln. tona qədər artırılmasıdır: "Zavodda emal ediləcək benzinin 25%-i, dizel və kerosinin isə 40%-i satışa yönəldiləcək".


T.Qəhrəmanov deyib ki, Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası prosesində 14 yeni qurğunun tikilib istifadəyə verilməsi nəzərdə tutulub.

scroll top