» » ABŞ Rusiya Baş Qərargahının nümayəndə heyətinə BMT konfransında iştirak etmək üçün viza verməyib

ABŞ Rusiya Baş Qərargahının nümayəndə heyətinə BMT konfransında iştirak etmək üçün viza verməyib

ABŞ Rusiya Baş Qərargahının nümayəndə heyətinə BMT konfransında iştirak etmək üçün viza verməyib
© Courtesy İmage

Rusiya Silahlı Qüvvələri Baş Qərargahının nümayəndə heyəti üzvlərinə BMT-də hərbçilərin Rusiya-Çin birgə konfransında iştirak etməsi üçün Amerika vizası verilməyib.


“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi Aleksandr Yemelyanov deyib.


Onun sözlərinə görə, cümə axşamı baş tutan brifinqdə general-leytenant Andrey Tretyakın başçılıq etdiyi nümayəndə heyətinin iştirakı planlaşdırılırdı.


Oktyabrın 12-də BMT-də Rusiya və Çin hərbçilərinin ABŞ-ın qlobal RƏM sistemlərinin yerləşdirilməsi problematikası üzrə brifinq keçirilib.

scroll top