» » Suriyada terror aktı nəticəsində 50 dinc sakin ölüb

Suriyada terror aktı nəticəsində 50 dinc sakin ölüb


Suriyanın şimal-şərqində İŞİD terror təşkilatı tərəfindən törədilmiş terror aktı nəticəsində 50 dinc sakin ölüb, onlarla insan yaralanıb.


“Report” “Reuters”ə istinadən xəbər verir ki, insident Hasaka əyalətində yerləşən Əbu-Fas yaşayış məntəqəsi yaxınlığında baş verib.


Üç kamikadze minalanmış avtomobilləri dinc insanların üzərinə sürüb. Ölənlər arasında çoxlu sayda qadın və uşaqlar var.

scroll top