» » Puerto-Rikoda qasırğa qurbanlarının sayı 49 nəfər çatıb

Puerto-Rikoda qasırğa qurbanlarının sayı 49 nəfər çatıb


Puerto-Rikoda “Mariya” qasırğasından ölənlərin sayı 49 nəfərə çatıb.


“Report” xəbər verir ki, bu barədə ölkənin İctimai Təhlükəsizlik Departamentinə istinadən NBC telekanalı məlumat yayıb.


Bildirilir ki, ölənlərin əksəriyyəti bilavasitə qasırğadan dünyasını dəyişib, qalanları isə təbii fəlakət nəticəsində yaranan bakterial xəstəliklərdən vəfat ediblər.


“Puerto-Rikoda ölənlərin sayı 49 nəfərə qədər artıb. 45 nəfər “Mariya” qasırğasından, 4 nəfər isə təbii fəlakətin vurduğu zərbədən sonra bakterial xəstəliklərdən ölüb”, - deyə telekanal öz “Twitter” mikrobloqunda yazıb.


Bundan əvvəl ölənlərin 43 nəfər olduğu bildirilirdi.

scroll top