» » İsveçdə atışma nəticəsində 4 nəfər yaralanıb

İsveçdə atışma nəticəsində 4 nəfər yaralanıb


İsveçin cənubunda yerləşən Trelleborq şəhərinin mərkəzində baş verən atışma nəticəsində 4 nəfər travma alıb.


“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Aftonbladet qəzeti yazıb.


Yaralılar xəstəxanaya yerləşdirilib.


Atəş açanların kimliyi və xəsarət alanların vəziyyəti hələlik açıqlanmır.


Polis bir və ya bir neçə qanun pozuçusunun yaxalanması istiqamətində əməliyyata başlayıb.

scroll top