» » ABŞ təbii fəlakətdən əziyyət çəkən ştatlara 36,5 mlrd. dollar ayıracaq

ABŞ təbii fəlakətdən əziyyət çəkən ştatlara 36,5 mlrd. dollar ayıracaq


ABŞ-ın Nümayəndələr Palatası təbii fəlakətdən zərər çəkən ştatlara və Puerto-Rikoya 36,5 milyard dollar vəsaitin ayrılmasını təsdiq edib.


“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “The Hill” nəşri yazıb.


Qanun layihəsini 353 konqresmen dəstəkləyib, 69 nəfər onun əleyhinə çıxış edib.


Nəşrin məlumatına görə, bu vəsait həm bu yaxınlarda baş vermiş qasırğanın fəsadlarının aradan qaldırılmasına, həm də ölkənin qərbində yanğından ziyan çəkmiş infrastrukturun bərpasına sərf olunacaq.


İndi qanun layihəsini Senat təsdiq etməlidir.

scroll top