» » Azərbaycandan Çinə növbəti ixrac missiyası təşkil ediləcək

Azərbaycandan Çinə növbəti ixrac missiyası təşkil ediləcək


İqtisadiyyat Nazirliyi Çinə təşkil olunacaq ixrac missiyasında iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edib.


“Report” bu barədə nazirliyin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AZPROMO) istinadən xəbər verir.


Məlumata görə, missiya 12-15 noyabr tarixlərində olacaq, şərab və spirtli içkilər istehsalı sahəsini əhatə edəcək. Missiyada iştirak edəcək ixracatçılar müsabiqə əsasında seçiləcək. Müsabiqə İqtisadiyyat Nazirliyi Kollegiyasının 18 oktyabr 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş "Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə qaydası" əsasında noyabrın 1-də AZPROMO-da təşkil olunacaq.


Seçim meyarları aşağıdakı kimidir:


-İxracatçının nümayiş olunacaq məhsulları üzrə istehsal potensialı – 10 bal;


-Nümayiş olunacaq məhsulların hədəf ölkəyə ixrac potensialı – 10 bal;


-Sahibkarın əvvəllər ixrac təcrübəsinin olub-olmaması (2016-cı ildə ixrac etdiyi məhsullarının həcmini göstərməklə – 5 bal;


Meyarların cəmi üzrə minimum keçid balı - 20 bal.


İxrac missiyasında iştirak etmək üçün AZPROMO-ya aşağıdakı sənədlər təqdim edilməlidir:


- ərizə;


- sahibkarın istehsal potensialı və əvvəllər ixrac təcrübəsinin olmasına dair sənədlər və yaxud məlumatlar;


Sənədlər oktyabrın 17-nə qədər Bakı Biznes Mərkəzinə (Səbail rayonu, Neftçilər prospekti, 32 ünvanına) təqdim olunamlıdır. Əlaqələndirici şəxs AZPROMO-nun İxracın təşviqi Departamentinin direktoru Fuad Cəfərovdur (tel.: (012) 598 01 47/48 (daxili 141), e-poçt: fceferov@azpromo.az , destek@azpromo.az)

scroll top