» » Türkiyədə terrorçu PKK-nın daha 34 üzvü tutulub

Türkiyədə terrorçu PKK-nın daha 34 üzvü tutulub


Türkiyənin 6 əyalətində keçirilən anti-terror əməliyyatı nəticəsində 34 nəfər tutulub.


“Report” Türkliyə KİV-inə istinadən xəbər verir ki, əməliyyatı Adana əyalətinin Terrora qarşı Mübarizə İdarəsi aparıb. 


Əməliyyat Adana başda olmaqla İstanbul, Ankara, Qaziantəp, Şanlıurfa və e Şırnak əyalətlərində keçirilib.


Saxlanılan şəxslər terrorçu PKK qruplaşmasına üzv olmaqda şübhəli bilinirlər.

scroll top