» » Türkiyədə fövqəladə vəziyyət rejimi daha üç ay uzadılacaq

Türkiyədə fövqəladə vəziyyət rejimi daha üç ay uzadılacaq

Türkiyədə fövqəladə vəziyyət rejimi daha üç ay uzadılacaq
© AA — Ədalət və İnkişaf Partiyasının Türkiyə Böyük Millət Məclisindəki fraksiyasının başçısı Mustafa Elitaş

Türkiyədə fövqəladə vəziyyət rejiminin daha üç ay uzadılacağı gözlənilir.


“Report” NTV-yə istinadən xəbər verir ki, bunu hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Türkiyə Böyük Millət Məclisindəki fraksiyasının başçısı Mustafa Elitaş bildirib.


Onun sözlərinə görə, fövqəladə vəziyyət rejiminin uzadılması məsələsi oktyabrın 16-də Milli Təhlükəsizlik Şurasının toplantısında müzakirə olunacaq: “Qərar Nazirlər Kabinetində qəbul olunduqdan sonra parlamentdə müzakirə ediləcək”.


Qeyd edək ki, Türkiyədə fövqəladə vəziyyət rejimi 2016-cı il iyulun15-də dövlət çevrilişinə cəhddən sonra tətbiq olunub.  

scroll top