» » Gələn ilin sentyabrında "STAR" zavodunun məhsulunun ilk partiyası ilə yüklənmiş gəmi yola salınacaq

Gələn ilin sentyabrında "STAR" zavodunun məhsulunun ilk partiyası ilə yüklənmiş gəmi yola salınacaq

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) gələn il sentyabrın 20-də - Neftçilər günündə "STAR" neft emalı zavodunun məhsulunun ilk partiyası ilə yüklənmiş gəmini yola salmağı planlaşdırır. 


ucarliyiq.biz xəbər verir ki, bunu Bakıda keçirilən "Argus" beynəlxalq neft sammitində "SOCAR Turkey Enerji A.Ş"-nin əməliyyatlar üzrə direktoru Emin Eminov bildirib. 


Onun sözlərinə görə, gələn ilin sonuna isə zavodun təhvil-təslim işləri yekunlaşacaq: "Zavodun tikinti işləri uğurla davam etdirilir".

scroll top